Məzmuna keç

Türkiyə ordusu İraqın şimalında terrorçulara qarşı əməliyyat keçirdi

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı əməliyyat keçirib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.

"Türkiyə Silahlı Qüvvələri İraqın şimalında Hakurk bölgəsi və "Pençe-Kilit" əməliyyatı zonasında 5 PKK terrorçusunu zərərsizləşdirib. Türkiyə ordusu terrorçulara qarşı qətiyyətli mübarizəsini davam etdirir", – deyə nazirlikdən bildirilib.