Məzmuna keç

Şirvan şəhər İcra Hakimiyyətinə cərimə protokolu yazıldı

Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyətinə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, icra hakimiiyyəti barədə müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilib.

İşə hakim Aydan Məmmədlnin sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, bu xətaya görə, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Şəbnəm Mehdizadə