Məzmuna keç

Türkiyədə 2 PKK terrorçusu həbs edilib

Türkiyənin Balıkəsir şəhərində 2 PKK/KCK-PYD/YPG terror təşkilatı üzvü həbs edilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, məhkəmə ötən həftə polis tərəfindən keçirilən əməliyyat zamanı saxlanılan 6 şübhəli ilə bağlı qərar çıxarıb.

Qərara əsasən, saxlanılan şübhəlilərdən Suriya əsilli iki şəxs həbs edilib. Digər 4 şübhəli isə sərbəst buraxılıb.

Terrorçuların təhlükəsizlik qüvvələrinə aid kəşfiyyat məlumatlarını və koordinatları təşkilatın məsul şəxslərinə göndərdiyi müəyyən edilib.

Həmçinin əməliyyat zamanı saxlanılan və qeyri-qanuni yollarla Türkiyəyə daxil olduqları müəyyən edilən 9 Suriya vətəndaşı isə Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə