Türkiyənin Balıkəsir şəhərində 51 qanunsuz miqrant xilas edilib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir, Sahilə Mühafizə Komandanlığının əməkdaşları Ayvalık sahillərində mühərriki xarab olan qayıqda bir qrup şəxsin olduğunu müəyyən edib.
Bölgəyə Sahil Mühafizəsinin gəmisi cəlb edilib. Komandanlığın əməkdaşları aralarında qadın və uşaqların da olduğu 51 qanunsuz miqrantı xilas edib.
Onların qeyri-qanuni yollarla Midilli adasına getmək istədiyi məlum olub.
Miqrantlara qida, içki, dərman və tibbi ləvazimat kimi humanitar yardımlar verilib.
Daha sonra onlar Miqrasiya İdarəsinə göndərilib.
Şəbnəm Mehdizadə
