"Gəncə avtomobil zavodu" İstehsalat Birliyi "Azəralüminium" MMC-ni məhkəməyə verib.
E-huquq.az-ın məlumatına görə, İB "Azəralüminium"a qarşı alqı-satqı müqaviləsi üzrə iddia qaldırıb.
İddia Bakı Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
