Çilinin mərkəzi və cənub bölgələrində davam edən meşə yanğınları nəticəsində 112 nəfər həyatını itirib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, yanğınlar yaşayış məntəqələri üçün təhlükə yaratdığına görə ölkədə fövqəladə vəziyyət elan edilib.
Bəzi şəhərlərdə təxliyə əməliyyatları davam edir.
Məlumata görə, təkcə Valparaisoda 7 min hektar ərazi yanıb.
Güclü külək söndürmə işlərini çətinləşdirir.
Çili prezidenti Qabriel Boric yanğınların qarşısının alınması üçün bütün komandaların ölkənin mərkəzi və cənub bölgələrinə yönləndirdiyini söyləyib.
Şəbnəm Mehdizadə
