Məzmuna keç

Xəsarətlə nəticələnən qəza törətmiş sürücünün məhkəməsi başlayır

Cəlilabad rayonun xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vüqar Camalovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına iş üzrə toplanmıış materiallar baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

Hakim Elxan Əmirəliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. "VAZ 2107" markalı minik avtomobilinin motosikletə çırpılması nəticəsində 2 nəfər Cəlilabad sakini xəsarət alıb. V.Camalova qarşı Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə