Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Rəşad Zayıdovun cinayət işi üzrə ibtidai istintaq baş çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Hakim Rafiq Abbasovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Qaradağ rayonu, Səngəçal qəsəbəsində baş verib. Belə ki, Rəşad Zayıdov “Vaz 21063” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək ehtiyatsızlıqdan yolun sağ kənarında hərəkətdə olan piyada – 1971-ci il təvəllüdlü Yaqut Lətifovanı vurub. Nəticədə piyada aldığı müxtəlif bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb. Sürücü hərəkətini davam etdirərək irəlidə olan daha bir piyada, Rəhim Zamanovu da vuraraq müxtəlif bədən xəsarətləri yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
