Məzmuna keç

Türkiyənin 3 şəhərində qarlı havaya görə məktəblər bağlandı

Türkiyənin Ardahan, Ağrı və Van şəhərlərində əlverişsiz hava şəraiti ilə əlaqədar tədris prosesinə bir günlük fasilə verilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yağan güclü qar və çovğun həmin vilayətlərdə nəqliyyatın hərəkətini çətinləşdirib.

Ardahan Valisi Hayrettin Çiçek əlverişsiz hava şəraiti ilə əlaqədar sosial media hesabından əhaliyə müraciət edərək evdə qalmağı tövsiyə edib.

Bundan başqa, həmin bölgələrdə bəzi dövlət müəssisə və təşkilatlarında çalışan əlil şəxslər və hamilə qadınlara da bir günlük məzuniyət verilib.

Şəbnəm Mehdizadə