Çilinin mərkəzi və cənub bölgələrində baş verən meşə yanğınlarında həyatını itirənlərin sayının 122-yə çatıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Xidmətindən məlumat verilib.
Məlumata görə, Valparaiso və Vina del Mar şəhərlərində davam edən yanğınlarda ölənlərin sayının artacağı istisna edilmir.
Hazırda itkin düşənlərin axtarışları davam edir.
Yanğınların söndürülməsi üçün havadan və qurudan müdaxilə davam edir.
Bəzi şəhərlərdə təxliyə prosedurlarına başlanılıb.
Yerli mətbuatda dərc olunan xəbərə əssən, yanğın ilk olaraq Valparaisodan təxminən 20 kilometr uzaqlıqda yerləşən Penuelas Gölü Təbiət Parkında başlayıb.
Çili prezidenti Qabriel Boric ölkədə fövqəladə vəziyyət elan edib və bütün lazımi resursların istifadəyə veriləcəyini bildirib.
Bölgənin yanğından zərər çəkmiş şəhərlərində komendant saatı elan edilib.
Şəbnəm Mehdizadə
