Məzmuna keç

Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi məhkəməyə verildi

Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi və "Yelo Bank" ASC məhkəməyə verilib.

E-huquq.az xəbər verir ki, “Avia-Ekologiya” MMC Bakı Kommersiya Məhkəməsinə müraciət edərək hər iki tərəfə qarşı iddia qaldırıb. İşin mahiyəti açıqlanmayıb.

İddia hakim Günay Namazovanın sədrliyi ilə araşdırılacaq.

Şəbnəm Mehdizadə