Türkiyənin İstanbul şəhərində təkrar emal müəssisəsinin anbarında yanğın baş verib.
E-huquq.az xəbər verir ki, İstanbulun Maltəpə qəsəbəsində yerləşən müəssisənin anbarında naməlum səbəbdən yanğın başlayıb.
Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğın qısa vaxt ərzində söndürülüb.
Hadisə nəticəsində müəssisənin binasına ziyan dəyib.
Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.
Şəbnəm Mehdizadə
