Şabranda ölümlə nəticələnən yol qəzası törətməktə təqsirləndirilən Şahin Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Şabran Rayon Məhkəməsinə göndərilib.
Hakim Könül Mirzəfərovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası fevralın 13-nə təyin olunub.
Qeyd edək ki, hadisə Şabranın Ağalıq kəndində baş verib. Şahin Məhərrəmov idarə etdiyi "NİVA" markalı minik avtomobillə piyada, Xaçmaz rayonu, Köhnəxaçmaz kənd sakini 1964-cü il təvəllüdlü Səfərəliyeva Nigar Qədiməli qızını vurub. Nigar Səfərəliyeva hadisə nəticəsində yerindəcə dünyasını dəyişib. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
