Məzmuna keç

“Araz Supermarket” 6 min manatadək cərimə edilə bilər

"Araz Supermarket" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Yasamal Rayon Məhkəməsində hakim Orxan Məmmədlinin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, "Araz Supermarket" dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə