Məzmuna keç

Gürcüstanda torpaq sürüşmələri nəticəsində 11 nəfər ölüb

Gürcüstanda leysan yağışların səbəb olduğu torpaq sürüşmələri nəticəsində 11 nəfər ölüb.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, İmereti və Acarıstan bölgələrində güclü yağışlardan sonra baş verən sürüşmə nəticəsində insanlar torpaq altında qalıb.

İmereti bölgəsinin Nergeeti kəndində 200 nəfərlik axtarış-xilasetmə əməkdaşları 9 nəfərin cansız cəsədini çıxarıb. Bölgədə axtarış-xilasetmə işləri başa çatıb.

Qeyd edək ki, Acarıstan bölgəsinin Tsoniaris və Txilvana kəndlərində torpaq sürüşməsi nəticəsində iki nəfər həyatını itirib.

Şəbnəm Mehdizadə