Mərkəzi Afrika Respublikasında yerləşən həbsxanada baş verən iğtişaşda 2 məhbus həyatını itirib.
E-huquq.az milli mətbuata istinadən xəbər verir ki, Ouaka bölgəsindəki Bambari şəhərinin mərkəzi həbsxanasında xəstə məhbusun ölümündən sonra iğtişaş baş verib.
İğtişaşlara müdaxilə edən təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində 2 məhbus həyatını itirib, çox sayda məhbus yaralanıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə
