Türkiyənin Muğla şəhərində 17 qanunsuz miqrant saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.
Məlumata görə, Muğlanın Bodrum mahalı sahillərində rezin qayıqda bir qrup şəxsin olduğu müəyyən edilib.
Bölgəyə dərhal Sahil Mühafizə gəmisi göndərilib. Komandanlığın əməkdaşları hərəkətdə olan rezin qayığı dayandırıb və qeyri-qanuni yollarla xaricə getməyə çalışan 17 qanunsuz miqrantı yaxalayıb.
Mmiqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə
