Məzmuna keç

Kolumbiya hökuməti həbsxanalarda fövqəladə vəziyyət elan edib

Kolumbiya hökuməti silahlı birləşmələrlə mübarizə çərçivəsində ölkədəki həbsxanalarda "fövqəladə vəziyyət" elan edib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Ədliyyə naziri Nestor Osuna keçirdiyi mətbuat konfransında məlumat verib.

Nazir bildirib ki, əsas məqsəd həbsxanalardakı mühafizəçilərin təhlükəsizliyini təmin etmək, rüşvətxorluğu və korrupsiyanı aradan qaldırmaqdır.

Osuna həbsxanalarda qəfil basqınlar və axtarışlar həyata keçirilə biləcəyini də ifadə edib.

Qeyd edək ki, fevralın 10-da Valle del Kauka inzibati bölgəsindəki Tulua şəhərində yüksək vəzifəli məmurlardan biri iki silahlı şəxsin hücumu nəticəsində ölüb. Hücumun həbsxanalara bağlı dəstə üzvləri tərəfindən həyata keçirildiyi təxmin edilir. Təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı “La İnmaculada” adlı dəstə başçısı və “Nacho” ləqəbli Maurisio Marin Silva yaxalanıb. Əməliyyatdan sonra dəstə üzvləri yol polisini öldürüb, 8 avtomobili yandırıblar.

Şəbnəm Mehdizadə