Məzmuna keç

Türkiyədə yağışlı havaya görə məktəblər bağlandı

Türkiyənin Antalya şəhərində şiddətli leysan yağışları ilə əlaqədar tədris prosesi dayandırlıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Antalya valiliyi məlumat yayıb.

Məlumata görə, əlverişsiz hava şəraiti ilə tədris prosesinə bir günlük fasilə verilib. Antalaynın 5 rayonunda isə dövlət müəssisələrində çalışan əlil, hamilə və xroniki xəstələrə 1 günlük inzibati məzuniyyət verilib.

Qeyd edək ki, axşam saatlarından yağmağa başlayan leysan yağışları gecə intensivliyini daha da artırıb və bir sıra fəsadlara səbəb olub.

Bəzi kənd yerlərində evləri və iş yerlərini su basıb. Bəzi ərazilərdə nəqliyyatın hərəkətində fasilələr yaranıb.

Şəbnəm Mehdizadə