Məzmuna keç

Türkiyədə İŞİD-ə qarşı əməliyyatda 3 nəfər həbs olunub

Türkiyənin 3 vilayətində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Respublika Baş Prokurorluğu polislə birgə təşkilat üzvlərinin tutulması üçün araşdırma aparıb.

İstintaq çərçivəsində İŞİD üzvü olduğu müəyyən edilən 6 şübhəlinin gizləndiyi ünvanlar müəyyən edilib.

Polis Kilis, Şanlıurfa və Uşakda müəyyən edilən ünvanlarda eyni vaxtda əməliyyat keçirib.

Əməliyyat zamanı tutulan 6 şübhəlidən 3-ü həbs edilib.

Digər 3 şübhəli isə məhkəmə nəzarəti ilə sərbəst qalıb.

Əməliyyat zamanı təşkilata məxsus sənədsiz tapança və çoxlu sayda rəqəmsal material ələ keçirilib.

Şəbnəm Mehdizadə