Türkiyənin 4 vilayətində PKK terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı 21 şübhəli saxlanılıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İstanbul Şəhər Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində təşkilat üzvlərinin qeyri-qanuni yollarla Türkiyədən Yunanıstana, həmçinin Yunanıstandan Türkiyəyə keçməsinə şərait yaratdıqları müəyyən edilən 27 şübhəlinin şəxsiyyəti müəyyən edilib.
Sosial media hesablarında da terror təşkilatı təbliğatı apardıqları müəyyən edilən şübhəlilərin tutulması üçün İstanbul və Aydının 13 rayonunda, Batman və Diyarbəkirdə 28 ünvanda eyni vaxtda əməliyyat keçirilib.
Əməliyyatlar zamanı 21 şübhəli saxlanılıb.
Şəbnəm Mehdizadə
