Məzmuna keç

Mikroavtobusun aşması nəticəsində 13 nəfər yaralanıb

Türkiyənin Hatay şəhərində mikroavtobusun aşması nəticəsində 13 nəfər yaralanıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Hatayın Kırıkhan rayonunda baş verib.

Qəza yerinə təcili tibbi yardım, xilasetmə və jandarma əməkdaşları cəlb edilib.

Avtomobildə sıxışmış vəziyyətdə qalan 13 kənd təsərrüfatı işçisi xilasedicilər tərəfindən çıxarılıb.

Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara aparılıb.

Araşdırma aparılır.

Şəbnəm Mehdizadə