Məzmuna keç

ABŞ-da metroda silahlı hücum olub, ölən və yaralılar var

ABŞ-ın Nyu-York şəhərində metroya silahlı hücum nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, metroda iki qrup arasında dava düşüb.

Qatar “Mount Eden Ave” stansiyasına yaxınlaşarkən bir nəfər silahdan atəş açıb, nəticədə 6 nəfər yaralanıb.

Əraziyə polis və təcili tibbi yardım qrupları göndərilib.

Nyu York Polis Departamentinin rəsmisi Maykl Kemperin verdiyi açıqlamaya görə, yaralılardan biri dünyasını dəyişib.

Polis silahlı şəxsin tapılması üçün axtarış aparır.

Şəbnəm Mehdizadə