Türkiyənin Bursa şəhərində ağır yol qəzası nəticəsində 3 nəfər ölüb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursa-Çanaqqala yolunda idarəetmədən çıxan avtomobil əkin sahəsinə aşıb.
Hadisə yerinə jandarma, polis, xilasetmə və təcili tibbi yardım qrupları cəlb edilib.
Sürücü və sərnişin hadisə yerində dünyasını dəyişib.
Ağır yaralanaraq Karacabey Dövlət Xəstəxanasına çatdırılan bir nəfərin həyatını isə xilas etmək mümkün olmayıb.
Şəbnəm Mehdizadə
