Məzmuna keç

Rusiyada yaşayış binasında yanğın baş verib, 400-dən çox insan təxliyə edildi

Rusiyanın Anapa şəhərində yaşayış binasının mansardasında yanğın baş verib.

E-huquq.az-ın məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib.

Nazirlik bildirib ki, yanğın sahəsi 1 min kvadratmetr qiymətləndirilir. Yanğının söndürülməsi üçün hadisə yerinə 100-dən çox canlı qüvvə və 35 texnika cəlb olunub.

Bildirilib ki, 440 nəfər, o cümlədən 112 uşaq təxliyə edilib, 1 nəfər yaralanıb.