Çilidə meşə yanğınları nəticəsində həyatını itirənlərin sayının 132-yə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə məlumat Çili Hüquq Sağlamlığı Xidmətindən (SML) verilən açıqlamada yer alır.
Məlumata görə, Valparaiso və Vina del Mar şəhərlərində davam edən yanğınlarda ölənlərin sayının artacağı istisna edilmir.
89 cəsədin şəxsiyyəti müəyyənləşdirilib, onlardan 64-ü ailələrinə təhvil verilib.
Valparaiso qubernatoru Rodriqo Mundaca meşə yanğınları nəticəsində 43 min hektar ərazinin yanaraq külə döndüyünü, təxminən 15 min evin yandığını bildirib.
Qeyd edək ki, Çili prezidenti Qabriel Boric fevralın 3-də ölkədə fövqəladə vəziyyət elan edib.
Şəbnəm Mehdizadə
