Məzmuna keç

Türkiyədə İŞİD-ə qarşı əməliyyat zamanı 5 əcnəbi saxlanılıb

Türkiyənin 2 şəhərində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı 5 əcnəbi şübhəli saxlanılıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, polis İŞİD üzvü olduğu iddia edilən şəxslərin tutulması məqsədilə Konya və Antalya şəhərlərində qeyd olunan ünvanlarda eyni vaxtda əməliyyat keçirib.

Şübhəlilərdən 4-ü Konyada, 1-i isə Antalyada saxlanılıb.

Xarici vətəndaş olduqları müəyyən edilən şübhəlilərin təşkilat üzvləri ilə əlaqə saxladıqları və təşkilat üçün fəaliyyət göstərdikləri bəlli olub.

Şəbnəm Mehdizadə