Məzmuna keç

Qanunsuz yollarla Türkiyəyə keçən 24 miqrant deportasiya ediləcək

Türkiyənin Osmaniye şəhərində 24 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Jandarma Komandanlığı ölkəyə qeyri-qanuni yollarla daxil olduqları müəyyən edilən şəxslərin tutulması üçün Tarsus-Adana-Qaziantep şosesində əməliyyat keçirib.

Bu zaman 24 Əfqanıstan vətəndaşı və miqrant qaçaqmalçılığı ilə məşğul olan 1 nəfər yaxalanıb.

Əfqan vətəndaşlar deportasiya edilmək üçün Miqrasiya İdarəsinə təhvil verilib.

Saxlanılan şübhəli isə həbs edilib.

Şəbnəm Mehdizadə