Türkiyənin Çorum şəhərində sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Çorum-Samsun yolunda baş verib. Belə ki, sərnişin avtobusu idarəetmədən çıxaraq Çorumdan Samsuna gedən yük maşınının arxasına çırpııb və alovlanmağa başlayıb.
Qəza yerinə jandarma, polis, təcili tibbi yardım və xilasetmə qrupları cəlb olunub.
Sərnişin avtobusunda baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yaralılar xəstəxanaya aparılıb.
Şəbnəm Mehdizadə
