Türkiyənin İzmir şəhərində sosial mediada PKK terror təşkilatının təbliğatını apardığı iddia edilən 5 şübhəli saxlanılıb.
E-huquq.az "TRT Haber" istinadən xəbər verir ki, İzmir Jandarma Komandanlığı tərəfindən PKK/KCK-YPG/PYD və digər terror təşkilatları haqqında sosial mediada təbliğat apardıqları iddia edilən 9 nəfərin şəxsiyyəti müəyyən edilib.
Komandaların müəyyən etdiyi ünvanlarda eyni vaxtda əməliyyat keçirilib.
Əməliyyat zamanı 5 şübhəli saxlanılıb.
Digər şübhəlilərin axtarışı davam etdirilir.
Şəbnəm Mehdizadə
