Türkiyədə sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 18 nəfər yaralanıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, qəza Yozqat-Kayseri yolunun Battal kəndi yaxınlığında baş verib.
Hadisə yerinə jandarma, polis, təcili yardım və AFAD əməkdaşları cəlb edilib.
Yaralılar Bozok Universiteti Araşdırma və Tədris Xəstəxanasına aparılıb.
Onların səhhətinin ağır olduğu bildirilib.
Yozgat valisi Mehmet Əli Özkan ölən şəxsin yaxınlarına başsağlığı verib, yaralılara baş çəkib.
Şəbnəm Mehdizadə
