Məzmuna keç

Somalidə maska və papaqdan istifadə qadağan edilib

Somalinin paytaxtı Moqadişoda maska və papaqdan istifadə qadağan edilib.

E-huquq.az xarici mətbauta istinadən xəbər verir ki, Moqadişu Bələdiyyəsinin sözçüsü Salah Dheere məlumat verib.

O, cinayət törədənlərin öz üzünü gizlətdikləri üçün bu qadağanı tətbiq etmək məcburiyyətində olduqlarını söyləyib. Lakin yaşlıların taxdıqları bəzi papaqlar istisna edilib.

Dheere ictimai nəqliyyatda silah gəzdirməyin də qadağan olduğunu bildirib.

Qeyd edək ki, Somali prezidenti Həsən Şeyx Mahmudun da qatıldığı təhlükəsizlik tədbirləri ilə bağlı iclasda son vaxtlar artan hücumların qarşısını almaq məqsədilə bəzi qərarlar qəbul edilib.

Şəbnəm Mehdizadə