Türkiyənin İstanbul və İzmir şəhərlərində mütəşəkkil cinayətkar dəstələrinə qarşı “Kafes-41” adlı əməliyyat keçirilib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
Məlumata görə, İzmir və istanbulda qırmızı bülletenlə axtarışda olan 2 şəxsin rəhbərlik etdiyi mütəşəkkil cinayət dəstələrinə qarşı eyni vaxtda əməliyyat keçirilib.
Əməliyyatlar zamanı 61 nəfər saxalnılıb və xeyli sayda silah-sursat ələ keçirilib.
Nazir şübhəli şəxslərin 2 qətl, 2 qəsdən adam öldürməyə cəhd, 11 qəsdən yaralama və həmçinin silahlı hücum, soyğunçuluq törətdiklərini qeyd edib.
Şəbnəm Mehdizadə
