Türkiyənin İzmir şəhərində qanunsuz miqrantlar saxlanılıb.
E-huquq.az xəbər verir ki, İzmirin Çeşmə sahillərində iki rezin qayıq və xilasedici salda bir qrup qanunsuz miqrantın olduğu müəyyən edildikdən sonra bölgəyə Sahil Mühafizəsi Komandanlığın qayığı göndərilib.
Yunanıstan tərəfindən Türkiyəyə geri qaytarılan və içərisində 17 uşağın olduğu 78 qeyri-qanuni miqrant xilas edilib.
Dikili sahillərində isə Sahil Təhlükəsizlik Mobil Radarı (MORAD-12) tərəfindən təsbit edilən rezin qayıqdakı 51 miqrant saxlanılıb.
Bundan başqa, Karaburun sahillərində rezin qayıqda olan 51 qanunsuz miqrant xilas edilərək sahilə çıxarılıb.
Miqrantlar Miqrasiya İdarəsinə göndərilib.
Şəbnəm Mehdizadə
