Türkiyənin Ordu şəhərində otelə hücum edən 3 nəfər həbs edilib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, fevralın 11-də Ordunun Ünye rayonunda təxminən 15 nəfərin qaldığı 4 ulduzlu otelə motosikletlə gələn şəxslər tərəfindən silahlı hücum edilib.
Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Hadisəni törədən şəxslər polis tərəfindən saxlanılıb. Axtarış zamanı onların üzərindən sənədsiz silah və patron ələ keçirilib.
Şübhəlilər məhkəmə qərarı ilə həbs edilib.
Şəbnəm Mehdizadə
