Məzmuna keç

Hindistanda boya fabrikində baş verən yanğında 11 nəfər ölüb

Hindistanın paytaxtı Yeni Dehlidə boya fabrikində baş verən yanğın zamanı 11 nəfər ölüb, 4 nəfər yaralanıb.

E-huquq.az “India Today”ə istinadən xəbər verir ki, yanğın fabrikin birinci mərtəbəsində başlayıb.

Yerli polis rəsmiləri yanğının fabrikdə baş verən partlayış nəticəsində başladığını ehtimal edir.

Xəstəxanaya çatdırılan yaralılar arasında hadisə yerinə gələn polis əməkdaşı da olub.

Araşdırma aparılır.

Şəbnəm Mehdizadə