Məzmuna keç

İstintaq Komitəsi Navalnının ölümü ilə bağlı araşdırmalara başladı

İstintaq Komitəsi siyasətçi Aleksey Navalnının ölümü ilə bağlı araşdırmaya başlayıb.

Bu barədə e-huquq.az Rusiya KİV-ə istinadən xəbər verir.

Məlumata görə, A.Navalnının 3 saylı cəzaçəkmə müəssisəsində ölümü ilə bağlı prosessual təhqiqat təşkil edilib.

Bildirilib ki, qurumun əməkdaşları hadisənin başvermə şəraitinin aydınlaşdırılmasına yönəlmiş kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirirlər.