İranda 30 yaşlı gənc 12 qohumunu güllələyib.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə İranın cənubundakı Kirman əyalətində baş verib.
Belə ki, 30 yaşlı gənc məişət problemlərinə görə atası, qardaşı və həyat yoldaşının qardaşı da daxil olmaqla 12 qohumunu Kalaşnikov avtomatı ilə güllələyib.
Hadisəni törətdikdən sonra qaçan şəxs polis qruplarının keçirdiyi əməliyyat zamanı zərərsizləşdirilib.
Şəbnəm Mehdizadə
