İranda tələbələrin hökumətə qarşı etiraz aksiyası keçirilib.
E-huquq.az xəbər verir ki, Tehranda Ukrayna təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə ehtiram nümayiş etdirmək üçün tələbələr küçələrə çıxıb və nəticədə anım mərasimi rejimə qarşı etiraz aksiyasına çevrilib.
İran hüquq-mühafizə orqanlarının xüsusi qüvvələri etirazçıların olduğu əraziyə göndərilib, onlar nümayişçiləri dağıdıb.
Eyni zamanda, etirazçılar, Birləşmiş Ştatların hərbçiləri tərəfindən öldürülən İran İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") Qüds qanadının komandiri, general Qasım Süleymaninin portretini cırıblar.
