Hindistanda 10-a yaxın kömür mədənçisi silahlı şəxslər tərəfindən qaçırılıb.
E-huquq.az “Hindustan Times” qəzetinə istinadən xəbər verir ki, bu barədə Hindistanın Assam əyalətinin polisi məlumat verib.
O, hadisənin Assam və Arunaçal Pradeş əyalətlərinin sərhədi yaxınlığında yerləşən mədəndə baş verdiyini bildirib.
Şahidlərin sözlərinə görə, silahlı şəxslər yerli vaxtla saat 03:00 radələrində işçiləri qaçırıb.
Qaçırılan işçilərin dəqiq sayı hələlik müəyyən edilməyib.
Polis məsələ ilə bağlı istintaq başladıldığını bildirib.
Hadisənin hökumət və Assam Birləşmiş Azadlıq Cəbhəsi (ULFA) və Naqaland Milli Sosialist Şurasının (NSCN) üzvləri tərəfindən törədildiyi təxmin edilir.
Dövlət rəsmiləri xilasetmə əməliyyatı üçün bölgəyə əlavə hərbçilərin göndərildiyini açıqlayıb.
Şəbnəm Mehdizadə
