Məzmuna keç

İraqda ABŞ hərbçilərinin də olduğu hərbi bazanın ərazisinə 7 raket atıldı

İraqın paytaxtı Bağdad şəhərinin yaxınlığında yerləşən "Balad" Hərbi Hava Qüvvələrinin bazasına 7 raket zərbəsi endirilib

İraqın paytaxtı Bağdad şəhərinin yaxınlığında yerləşən "Balad" Hərbi Hava Qüvvələrinin bazasına 7 raket zərbəsi endirilib.

E-huquq.az xəbər verir ki, bazanın ərazisi ABŞ hərbçiləri tərəfindən də işlədilir. Raket zərbələri nəticəsində 4 İraq hərbçisi xəsarət alıb, ABŞ hərbçiləri arasında yaralanan yoxdur.

Raket zərbələrinin kim tərəfindən həyata keçirildiyi barədə məlumat verilmir.