Türkiyənin Muğla şəhərində qanunsuz miqrantlar saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.
Məlumata görə, Muğlanın Bodrum sahillərində rezin qayıqda bir qrup şəxsin olduğu müəyyən edildikdən sonra bölgəyə dərhal Sahil Mühafizə gəmisi istiqamətləndirilib.
Komandalar rezin qayıqda 17-si uşaq olmaqla 37 qeyri-qanuni miqrantı yaxalayıb.
Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə
