Məzmuna keç

Türkiyədə mebel fabrikində güclü yanğın olub

Türkiyənin Bursa şəhərində mebel fabrikində yanğın baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Bursanın İnegöl mahalının Mahmudiye rayonunda fəaliyyət göstərən 3 mərtəbəli mebel fabrikinin 2-ci mərtəbəsində başlayıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları göndərilib.

Yanğın nəticəsində fabrikə ziyan dəyib.

Yanğının başvermə səbəbləri araşdırılır.

Şəbnəm Mehdizadə