Türkiyənin Hatay şəhərində İŞİD və "Əl Qaidə" terror təşkilatlarına qarşı əməliyyat keçirilib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis İŞİD və "Əl Qaidə"yə üzv olduğu iddia edilən 5 şübhəli ilə bağlı araşdırma aparıb.
İskenderun rayonunda təyin olunan ünvanda keçirilən əməliyyat zamanı 5 nəfər saxlanılıb.
Saxlanılan şəxslərdən biri məhkəmənin qərarı ilə həbs edilib. Digər şəxslər isə sərbəst qalıb.
Şəbnəm Mehdizadə
