Məzmuna keç

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Bursa şəhərində 4,1 bal gücündə zəlzələ baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanlar Bursanın Gemlik adlı ərazisində, yerli vaxtla saat 15:14-də qeydə alınıb.

Zəlzələnin ocağı 10,86 km dərinlikdə yerləşib.

Bursa valisi Mahmud Demirtaş tələfatın olmadığını söyləyib.

Şəbnəm Mehdizadə