Məzmuna keç

Türkiyədə məktəblilər arasında kütləvi zəhərlənmə olub

Türkiyənin Adıyaman şəhərində şagirdlər arasında kütləvi zəhərlənmə olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, şagirdlərdən bəziləri ürəkbulanma və qusma şikayəti ilə məktəb rəhbərliyinə müraciət edib.

Qidadan zəhərlənən 8 şagird təcili yardımla Adıyaman Tədris və Araşdırma Xəstəxanasına aparılıb.

Şagirdlərdən birinin valideyni jurnalistlərə açıqlamasında deyib ki, uşaqlar sinif yoldaşının məktəbə gətirdiyi şirniyyatdan zəhərlənib.

Şəbnəm Mehdizadə