Məzmuna keç

19 il əvvəl evdə ölü tapılan uşağın atası həbs edilib

Türkiyənin Eskişehir şəhərində 19 il əvvəl evində ölü tapılan 9 yaşlı uşağın atası həbs edilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Sivrihisar rayonunun Yukarı Kepen adlı ərazisində yaşayan Cansu Siler 2005-ci ildə evində asılmış vəziyyətdə tapılıb. Tarladan evə gedərkən qızını asılmış vəziyyətdə tapdığını iddia edən Mehmet Siler 19 il aparılan araşdırmalar çərçivəsində saxlanılıb.

İddiaya görə, o, qızını qətlə yetirib, daha sonra hadisəni intihar kimi qələmə verib.

Şübhəli şəxs qismində saxlanılan ata məhkəmənin qərarı ilə həbs olunub.

Şəbnəm Mehdizadə