Konqo Demokratik Respublikasında (KDR) ordu ilə silahlı dəstələr arasında qarşıdurmalara görə 135 min adam köç edib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Norveç Qaçqınlar Şurası (NRC) məlumat yayıb.
Məlumata görə, fevralın ilk həftəsində təxminən 135 min insan Qoma bölgəsinə köçməyə məcbur olub.
İnsanların bölgədə ərzaq məhsullarının əldə etməsində ciddi çətinliklər yaranıb, ərzaq qiymətləri isə artıb.
Qeyd edək ki, Konqo dövləti 20 ildən artıqdır ki, qızıl və kobalt kimi mədənlərə nəzarəti ələ keçirməyə çalışan silahlı dəstələrin hücumlarına məruz qalır. Bu hücumlar zamanı çoxlu sayda mülki vətəndaş və əsgər həyatını itirib, minlərlə insan isə didərgin düşüb.
Şəbnəm Mehdizadə
