Məzmuna keç

İranda polis maşınına bomba yerləşdirmək istəyən terrorçu ölüb

İranın Sistan-Bəlucistan əyalətində polis idarəsinin qarşısındakı patrul maşınına bomba yerləşdirmək istəyən şəxs bombanın işə düşməsi nəticəsində ölüb.

E-huquq.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə Sistan-Bəlucistan əyalətinin prokuroru Mehdi Şəms Abadi məlumat verib.

Şəms Abadi Məhəmməd Polis Bölməsinin (Bampur səmtində) təhlükəsizlik bölgəsində park edilmiş patrul maşınına bomba yerləşdirmək istəyən 2 terrorçudan birinin partlayış nəticəsində həyatını itirdiyini söyləyib.

İran rəsmisi qeyd edib ki, hadisə yerindən qaçan digər terrorçunun tutulması istiqamətində axtarışlar davam edir.

Şəbnəm Mehdizadə