Seneqalda 300-ə yaxın qanunsuz miqrantın olduğu qayıq batıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, qanunsuz yollarla İspaniyanın Kanar adalarına getmək üçün yola çıxan qayıq paytaxt Dakardan təxminən 250 kilometr uzaqlıqdakı Saint-Luis sahillərində batıb.
Hadisə nəticəsində 26 nəfər həyatını itirib.
Qayıqda Seneqal vətəndaşları ilə yanaşı Qvineya, Mavritaniya və Qambiya vətəndaşlarının da olduğu bildirilib.
Qeyd edək ki, son dövrlərdə Seneqalda dəniz yolu ilə Avropaya getmək istəyənlərin sayında ciddi artım müşahidə olunur.
Şəbnəm Mehdizadə
